Əgər İsrailə raket zərbələri endirməyə davam edərlərsə, ... - Netanyahudan XƏBƏRDARLIQ

22:41 - 10 Aprel 2023 - SİYASƏT

İsrail ordusu Ərəb Respublikasından son atəşə tutulmasına cavab olaraq Suriyadakı İran və Suriya hədəflərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Netanyahu Suriya hakimiyyətinə və prezident Bəşər Əsədə bölgədə gərginliyin daha da artacağı təqdirdə “yüksək bədəl ödəyəcəkləri” barədə xəbərdarlıq edib.

"Suriyada İran hədəflərinə və Suriya hökumətinin hədəflərinə hücum etdik. Əsəd rejimi yaxşı bilir ki, onların ödədiyi bədəl başlanğıcdır. Əgər İsrailə raket zərbələri endirməyə davam edərlərsə, Əsəd rejimi bunun əvəzini ağır ödəməli olacaq" - Netanyahu deyib.

Baş nazir vurğulayıb ki, İsrail gərginliyi artırmağa çalışmır, lakin lazım gələrsə, istənilən rəqibə qarşı “bütün cəbhələrdə çox güclü hərəkətlərə” hazırdır.

Xəbər xətti