Sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək.
Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə "Mançester Siti" "Bavariya" ilə qarşılaşacaq. Aprelin 12-də ötən mövsüm də daxil olmaqla 14 kubokla Çempionlar Liqası tarixinin ən uğurlu komandası olan "Real Madrid", titulunu qorumaq üçün "Çelsi" maneəsini aşmağa çalışacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibinə isə aprelin 18-19-da keçiriləcək cavab görüşlərinin sonunda müəyyənləşəcək.
11 aprel
"Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Benfika" (Portuqaliya) - "İnter" (İtaliya)
12 aprel
"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Milan (İtaliya) - Neapol (İtaliya)