İtkin düşən hərbçilərimizin kimliyi məlum oldu - FOTO

14:58 - 10 Aprel 2023 - Xəbər

Naxçıvan Muxtar Respublikasında hərbi xidmət zamanı itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Ucnoqta.az xəbər verir ki, itkin düşən hərbçilərimiz Bakının Suraxanı rayon sakini Bəbirov Aqşin Qabil oğlu (sağda) və Lənkəran sakini Axundov Hüseyn Əhliman oğludur (solda).

Qeyd edək ki, Müdafiə Nazirliyi Şahbuz rayonu istiqamətində iki hərbçimizin itkin düşdüyü barədə məlumat yayıb.
Eyni zamanda Ermənistan MN hərbçilərimizdən birinin Sisian rayonu ərazisində saxlanıldığı barədə məlumat yayıb.


Xəbər xətti