“Nazirlər Kabinetinin 94 saylı Qərarı ilə aprel ayının 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək”.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat paylaşıb.
Ekspertin sözlərinə görə, bu Qərar istər-istəməz diqqəti ölkədə avtomobil parkının yaşına yönəldir: "Məlum olur ki, yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır. Xüsusilə də devalvasiya bu prosesə öz təhfəsini verib. Məsələn, 2014-cü ildə minik maşınlarının 62%-nin yaşı 10 ildən çox olduğu halda 2021-ci ildə 80,2%-ə, 2022-ci ildə 83,1%-ə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17%-dən 4,7%-ə düşüb. Təsəvvür edin ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda 2021-ci ildə hər 21-ci maşının yeni olub. Hər 10 maşından 8-nin isə yaşı 10 ildən çoxdur.
Avtobuslarda və yük maşınlarında vəziyyət daha acınacaqlıdır".
Daha ətraflı infoqrafikadan tanış olmaq olar: