Sosial şəbəkədə dünyanın ən böyük ayaq ölçüsünə malik qadının fotosu yayılıb
Ucnoqta.az xəbər verir ki, 39 yaşlı Texas sakini Tanya Herbert 2022-ci ildə dünyanın ən böyük ayağının sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, onun sağ ayağının uzunluğu 13,03 düym (33,1 sm), sol ayağı isə 12,79 düym (32,5 sm) ilə bir qədər qısadır. Bu ölçüləri ayaqqabı ölçüsünə çevirsək, onun ayaq ölçüsü 52 olur.
Əlbəttə ki, belə qeyri-standart parametrlər ayaqqabı almaq lazım olduqda problemə çevrilir, lakin Tanya hər cütü fərdi olaraq sifariş edir.
Herbert hələ orta məktəbdə maksimum 48 ölçülü kişi ayaqqabısı və ya idman ayaqqabısı geyinməli olub.
Tanya Herbert jurnalistlərə bildirib ki, rahat ayaqqabı tapmaq yeganə problem deyil. Kişilər tez-tez ona nalayiq təkliflər yazır, bəziləri bunun üçün səxavətlə pul ödəyəcəklərini vəd edərək, ayaqlarının yaxından fotoşəkillərini göndərməyi xahiş edirlər.