Rusiyanın Krasnoyarsk diyarının Berezovski rayonunda aprelin 9-da axşam saatlarında kömürlə yüklənmiş 8 vaqon relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Krasnoyarsk Dəmir Yolunun mətbuat xidməti vaqonların relsdən çıxmasının sərnişin qatarlarının hərəkətinə təsir etmədiyini bildirib. Tələfat və yerli ekologiya üçün təhlükə yoxdur. Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.