Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada kömür daşıyan qatar relsdən çıxıb

21:30 - 9 Aprel 2023 tarixində dərc olunub.

Rusiyanın Krasnoyarsk diyarının Berezovski rayonunda aprelin 9-da axşam saatlarında kömürlə yüklənmiş 8 vaqon relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Krasnoyarsk Dəmir Yolunun mətbuat xidməti vaqonların relsdən çıxmasının sərnişin qatarlarının hərəkətinə təsir etmədiyini bildirib. Tələfat və yerli ekologiya üçün təhlükə yoxdur.  Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.

Müəllif: Ucnoqta.az redaksiyası