İlon Mask 14,5 milyard dollar itirib

21:04 - 9 Aprel 2023 - Xəbər

Amerikalı sahibkar, Tesla, SpaceX və Twitter şirkətlərinin rəhbəri İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Forbes yazır.

Nəşr Maskın sərvətini hazırda 187,9 milyard dollar qiymətləndirir. Qeyd edilir ki, onun kapitalı investorların Teslanın gəlirlərinin gözləniləndən az olacağından qorxması səbəbindən azalıb. Tesla səhmləri həftə ərzində 10,8% ucuzlaşıb. Buna səbəb şirkətin rüblük hesabatında bildirilir ki, onun elektriklə işləyən avtomobillərinin çoxu anbarlarda yığılıb.

Xəbər xətti