Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

14:36 - 8 Aprel 2023 - ÖLKƏ İÇİ

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları sözügedən aksiyaya qoşulublar.

“Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən aksiya paytaxtın Nərimanov rayonu ərazisində keçirilib.

Aksiya çərçivəsində Nərimanov rayonu bələdiyyəsinin yeddi hektarlıq ərazisində Ombudsman Aparatının əməkdaşları tərəfindən müxtəlif cinsli ağac tingi əkilib.

Xəbər xətti