Daha bir marşurut xəttində ödəniş "BakıKart"la olacaq

10:53 - 8 Aprel 2023 - Cəmiyyət

Aprelin 10-dan "Bakı Metropoliteni" QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xəbər xətti