Vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxundu

15:05 - 7 Aprel 2023 - Cəmiyyət

Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevə hökm oxunub və ona 7 il 6 ay həbs cəzası verilib.

Qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.///report

Xəbər xətti