AFFA İntizam Komitəsinin iclası keçirilib.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda I Divizionun XXIII turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” - “Kəpəz-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Səbail-2” - “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilib.
“Neftçi-2” - “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Mingəçevir” - “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
MOİK - “Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Araz Naxçıvan” - “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komanda 320 manat cərimə edilib. “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib.
“Sumqayıt-2” - “Qaradağ Lökbatan” oyununun keçirildiyi “Kapital Bank Arena”nın ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə “Sumqayıt-2” komandasına xəbərdarlıq edilib.