Bill Qeyts yeni doğulan nəvəsinin ilk fotolarını paylaşıb

13:20 - 7 Aprel 2023 - MARAQLI

Milyarder Bill Qeyts və onun keçmiş həyat yoldaşı Melinda yeni doğulan nəvələrinin ilk şəkillərini paylaşıb.

Ucnoqta.az xəbər verir ki, şəkillər onların sosial şəbəkə hesablarında yayımlanıb.

Amerikanın Microsoft şirkətinin 67 yaşlı qurucusu Bill Qeyts şəxsi bloqunda ilk nəvəsini qucağında tutduğu şəkli yerləşdirib.

"Bu dünyanı özünüz üçün necə kəşf etdiyinizi görmək üçün səbirsizlənirəm" - deyə iş adamı şəklin altına yazıb.

58 yaşlı Melinda Qeyts də nəvəsini qucağında çəkdiyi şəklini paylaşaraq, şəklin altına yazıb: “Birinci nəvəni qucağında tutmaqdan gözəl heç nə yoxdur. Deyəsən, dünən bu yaşımda Cenni qucağımda tutmuşdum”.

Xəbər xətti