Bakıda bu avtobusların hərəkəti dəyişdirilir

12:35 - 7 Aprel 2023 - Xəbər

Bakıda Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyin səbəbi paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işlərinin aparılmasıdır. Görülən işlərlə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq. Nəticədə sözügedən marşrut xətləri üzrə hərəkət alternativ yollardan keçməklə təşkil ediləcək.

Xəbər xətti