320 mindən çox izləyicisi olan 18 yaşlı məşhur Kanadalı "TikTok"çu Harrison Gilks xərçəng xəstəliyindən vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin noyabrında Gilksə əsasən uşaqlar üçün xarakterik olan bədxassəli şiş olan rabdomiyosarkoma diaqnozu qoyulub. Bloqqer bir neçə kimyaterapiya və radiasiya kursu keçib, bundan sonra 2022-ci ilin fevralında remissiyaya keçib. Lakin 4 aydan sonra həkimlər xəstəliyin geri qayıtdığını və artıq müalicəsinin mümkün olmadığını bildiriblər.
Bunu öyrənən Gilks xəyal etdiyi şeylərdən mümkün qədər çoxunu etməyə qərar verdi. “Mən həmişə etmək istədiyim hər şeyi edəcəm. Bəlkə paraşütlə tullanma”, o, 2022-ci ilin iyununda yayımlanan videoda bildirib.