Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli hazırlamaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakacima məlumat verib.
"Biz 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modelinin hazırlanmasını gözləyirik. Bu avtomobillərin satış həcmi ildə 1,5 milyon ədəd satılacaq", - vitse-prezident bildirib.
Avtomobil istehsalçısı daha əvvəl 2026-cı ilə qədər yeni nəsil elektrik avtomobili hazırlamağı planlaşdırdığını açıqlamışdı.
Bundan əlavə, Toyota 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid avtomobillər satmağı qarşısına məqsəd qoyub.