Toyota 2026-cı ilə qədər 10 yeni elektrik avtomobili hazırlayacaq

10:33 - 7 Aprel 2023 - AVTO

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli hazırlamaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakacima məlumat verib.

"Biz 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modelinin hazırlanmasını gözləyirik. Bu avtomobillərin satış həcmi ildə 1,5 milyon ədəd satılacaq", - vitse-prezident bildirib.

Avtomobil istehsalçısı daha əvvəl 2026-cı ilə qədər yeni nəsil elektrik avtomobili hazırlamağı planlaşdırdığını açıqlamışdı.

Bundan əlavə, Toyota 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid avtomobillər satmağı qarşısına məqsəd qoyub.

Xəbər xətti