Xankəndi-Laçın yolunda aksiya 117 gündür davam edir

08:50 - 7 Aprel 2023 - ÖLKƏ İÇİ

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 117 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və BQXK-ya məxsus çoxsaylı avtomobillər maneəsiz olaraq hərəkət edirlər. Bu da yolun humanitar məqsədlər üçün açıq olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması,  Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər xətti