“Azəriqaz”dan ölən əməkdaşı ilə bağlı açıqlama

17:08 - 6 Aprel 2023 - Cəmiyyət

“Azəriqaz” İstehsalat Birliyi aprelin 5-də cərəyan vurması nəticəsində ölən əməkdaşı ilə bağlı açıqlama yayıb.

İB-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, aprelin 5-də saat 14:00 radələrində ictimai işlər əsasında "DOST" mərkəzinin xətti ilə “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş Turab Nəsirov cərəyan vurması nəticəsində həyatını itirib.

Qeyd edilib ki, hadisə Turab Nəsirovun şəxsi həyatyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.

Baş Prokurorluğun ötən gün yaydığı məlumatda bildirilib ki, aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti