Azərbaycanda ən böyük körpü tikilir

16:00 - 6 Aprel 2023 - ÖLKƏ İÇİ

Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.

Xəbər xətti