Bakıda məktəbdə zəhərlənmə ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

15:09 - 6 Aprel 2023 - Cəmiyyət

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Xəbər xətti