Paris Saint-Germain klubu argentinalı hücumçu Lionel Messiyə yeni müqaviləyə görə təzyiq edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Le Parisien yazıb.
Məlumatına görə, Fransa klubunun müşaviri Luis Kampos PSJ-nin onlarla ayrılacağı ilə hədələyərək, futbolçularla yeni müqavilələr imzalamaq istəyir.
Qeyd olunur ki, söhbət Messidən başqa Serxio Ramos, Vitinyo, Karlos Soler, Renato Sançeş, Fabian Ruiz, Xuan Bernat və Uqo Ekitikadan gedir.
Aprelin 5-də Messinin "Əl-Hilal"a keçməkdə maraqlı olduğu məlum olub. Bundan əvvəl Səudiyyə klubu argentinalı hücumçuya rəsmi təklif göndərmişdi.
Komandanın sahibləri futbolçuya illik 400 milyon avro maaş təklif ediblər.