Generalın polis qardaşı vəfat etdi - FOTO

11:48 - 6 Aprel 2023 - Xəbər

Uzun illər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, Bakı şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.


Xəbər xətti