İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" "Barselona"nı 4:0 hesabı ilə darmadağın edib.
Ucnoqta/az xəbər verir ki, "Real Madrid" Kral Kubokunun finalına yüksəlib. Barselonadakı "Kamp Nou" stadionunda keçirilən cavab qarşılaşması 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 45+1-ci dəqiqədə Vinisius Junior hesabı açıb, Kərim Benzema da het-trik edib (50,58,81).
Bu səfər qələbəsi "Real Madrid" üçün son 60 ildə Barselona ilə qarşıdurmada ən sarsıdıcı qələbə oldu. Bundan əvvəl madridlilər 1963-cü ildə doğma meydanda rəqiblərini 5:1 hesabı ilə məğlub etməyi bacarmışdı.
Ümumilikdə “Real Madrid” tarixdə 3 dəfə öz meydanında katalonları məğlub edə bilib.
Xatırladaq ki, yarımfinalın ilk oyunu "Barselona"nın 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb.