Braziliyada kişi balta ilə uşaq bağçasına hücum edib - 4 nəfər ölüb

19:32 - 5 Aprel 2023 - HADİSƏ

Braziliyada bir kişinin uşaq bağçasına balta ilə hücumu nəticəsində 4 uşaq ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Hadisə Blumenau şəhərində baş verib. Naməlum şəxs özəl uşaq bağçasının hasarını aşıb və uşaqlara hücum edib. Nəticədə 4 uşaq ölüb, 3 nəfər yaralanıb.

Hücumdan sonra naməlum şəxs polisə təslim olub. 

Hadisədən sonra ştatda üç günlük matəm elan edilib.

Xəbər xətti