Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb (YENİLƏNİB)

20:48 - 5 Aprel 2023 - Cəmiyyət

 

Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb. 

“Report”un məlumatına görə, hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bayxan Bağırov çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

18:31

Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub. 

“Report”un məlumatına görə, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.


***
Bakı-Salyan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.

Xəbər xətti