Aleksander Çeferin yenidən dörd illik müddətə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti seçilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qərar təşkilatın Lissabonda keçirilən konqresində qəbul edilib.
55 yaşlı sloveniyalı seçkilərdə yeganə namizəd olub.
Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. 2019-cu ilin fevralında o, yenidən 4 illik müddətə təşkilata rəhbər seçilib.