UEFA-nın gəliri 4 milyard avronu keçib

13:48 - 5 Aprel 2023 - İDMAN

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ötən mövsüm gəliri 4 milyard avrodan çox olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə UEFA-nın maliyyə direktoru Yozef Kollerin təşkilatın Lissabonda keçirilən konqresində təqdim etdiyi hesabatında bildirilib.
2021/22 mövsümü üçün gəlir əvvəlki mövsümdən 1,673 milyard avro azalaraq 4,052 milyard avro olub, lakin 2019/20 mövsümündən 1,014 milyard avro çoxdur. Eyni zamanda, UEFA-nın himayəsi altında keçirilən klub yarışlarından əldə olunan gəlir 3,614 milyard avro təşkil edib ki, bu da bir mövsüm əvvəlkindən (3,156 milyard avro) 15% çoxdur.

Beynəlxalq yarışlar baxımından UEFA-nın 2018-2022-ci illər dövrü üçün gəlirləri 2014-2018-ci illər dövrünün gəlirlərindən təxminən iki dəfə çox olub (1,911 milyard avroya qarşı 1,033 milyard avro).

Xəbər xətti