Bu poliklinikalarda qəti şəkildə"rentgen müayinəsi" almayın - VİDEO

13:53 - 5 Aprel 2023 - Cəmiyyət

Paytaxt Bakıda bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Ucnoqta.az Xezerxeber.az-a istinadən xəbər verir ki, artıq paytaxtda yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen müayinəsi xidməti göstərilmir. Çünki radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə"nin olmaması səbəbindən  həmin tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Bakı və ətraf regionlarda yerləşən tibbi müəssisələrdə, xəstəxana, tibb mərkəzlərində mütəmadi olaraq TƏBİB və digər aidiyyətı qurumlar tərəfindən monitorinqlər aparılır.

Xəbər xətti