General Motors xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq işçi qüvvəsini 5000 nəfər azaldacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət işçilərə kompensasiya təklif edəcək. CFO Paul Jacobson bildirib ki, ixtisarlar işçi qüvvəsinin 6%-nə təsir edəcək və 1 milyard dollara qənaət ediləcək.