Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "PSJ"nin hücumçusu Lionel Messiyə illik 400 milyon avro maaşla rəsmi müqavilə təklifi edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun nümayəndələri argentinalı ilə rəsmi əlaqə saxlayıb və ona illik 400 milyon avro maaş təklif ediblər. Lakin, forvard Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, onun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.