Fransanın "Paris Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi çox güman ki, mövsümün sonunda komandanı tərk edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Frans Press" klubdakı mənbəyə istinadən məlumat yayıb.
"Müqavilə iyunda başa çatdıqda, onun gedişi daha çox ehtimal olunur, lakin bu, yekun deyil. Yeni müqavilə imzalanmayıb, danışıqların dinamikası tamamilə dəyişib, çünki PSJ müqaviləni uzatmağa az meyllidir" - mənbə bildirib.
Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir.