18 yaşlı italyan Klemente del Vekkio 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Klemente dünyanın ən böyük eynək istehsalçısı olan "Luxottica"nın yaradıcısı Leonardo del Vekkionun yeddi övladının ən kiçiyidir. Ən gənc milyarder olaraq o, 18 yaşında atasından biznesin bir hissəsini miras alan almaniyalı Kevin David Lehmannın yerinə keçib. Leman ailəsi Almaniyanın dm-drogerie markt apteklər şəbəkəsinin sahibidir.
İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vekkio 2022-ci ilin iyununda vəfat edib və geridə 25,5 milyard dollarlıq sərvət qoyub.
Qeyd edək ki, Leonardo del Vekkio Ray Ban brendinin sahibidir və Chanel, Prada və digər lüks brendlər üçün çərçivələr istehsal edir.