Daşkəsəndə ər və arvad qətlə yetirildi - YENİLƏNİB

20:20 - 4 Aprel 2023 - HADİSƏ

Daşkəsəndə ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

18:35

Daşkəsəndə ər və arvad küt alətlə qətlə yetirilib.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti