Kənd təsərrüfatı naziri vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edildi

17:26 - 4 Aprel 2023 - Xəbər

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamında deyilir.

Qeyd edək ki, İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edilib.

Xəbər xətti