“Heydər Əliyev İli” münasibətilə Zaqatalada konfrans keçirildi

15:45 - 4 Aprel 2023 - Cəmiyyət

“Heydər Əliyev İli” münasibətilə Zaqatalada işgüzar konfrans keçirilib.

Baş Prokurorluqdan Ucnoqta.az-a bildirilib ki, qurumun idarə rəisi Erkin Əlixanov tədbirdə Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışıb. O, müasir dövlət təsisatına çevrilmiş prokurorluq orqanlarına göstərilən diqqətdən bəhs edib.

Konfransda Zaqatala rayon prokuroru Rasim Musayev, Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov, Müdafiə Nazirliyinin əməkdaşı Anar Eyvazov və digərləri Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verdiyi dəyər, xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Tədbir iştirakçıları “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filminə baxıb.

Xəbər xətti