Bakıda intihar etmək istəyən kişi xilas edilib - FOTO (YENİLƏNİB)

12:31 - 4 Aprel 2023 - HADİSƏ

“Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib”. 

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, özünü körpüdən atmaq istəyən şəxs 1969-cu il təvəllüdlüdür:

“Həmin şəxs sərxoş olub. Kafelərdən birində onun üzərində olan 19 manatın oğurlandığını iddia edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs körpüdən düşürülərək, izahatının alınması üçün polis bölməsinə aparılıb”.



11:46

Bakıda bir nəfər körpüyə çıxıb intihar etmək istəyir


Ucnoqta.az xəbər verir ki, Nəsimi rayonu “3-cü mikrorayon” dairəsi adlanan ərazidə yerləşən körpünün üstündən bir nəfər özünü atmaq istəyir.

Əraziyə gələn polislər isə onu əməldən çəkindirməyə çalışır.


Xəbər xətti