"PSJ" klubu hücumçu Kilian Mbappeyə kluba sadiqliyinə görə hər mövsüm əlavə 60 milyon avro ödəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın L'Equipe nəşri yazıb. Belə bir səxavətli bonus fransalı futbolçunun ötən mövsümdən imzaladığı müqavilədə nəzərdə tutulub.
O vaxt "Real Madrid" Mbappeni almaq istəyirdi, lakin PSJ yaxşılaşmış maliyyə şərtləri sayəsində hücumçunu Parisdə qalmağa razı sala bildi.
Qeyd edək ki, Mbappenin Fransa çempionatında ən çox maaş alan futbolçu olduğu bildirilir. O, vergilərdən əvvəl aylıq 6 milyon avro maaşla siyahıya başçılıq edir. İkinci yeri 3,675 milyon avro ilə 31 yaşlı braziliyalı hücumçu Neymar tutur. Reytinqdə üçüncü sırada 35 yaşlı argentinalı hücumçu Lionel Messi gəlir, o, vergilərdən əvvəl ayda 3,375 milyon avro qazanır.