Odessa vilayəti PUA-ların hücumuna məruz qalıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının məlumatında deyilir. Odessa və Odessa vilayəti aprelin 4-nə keçən gecə Rusiyanın İran istehsalı olan “Şahed” kamikadze pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Cənub Hava Komandanlığının zenit müdafiəsi onlardan 14-nü məhv edib.
Şəhər və ətraf rayonlarda atışma və silsilə partlayış səsləri eşidilib.