Ucnoqta.az
www.ucnoqta.az

Odessaya PUA-larla hücum olub

05:09 - 4 Aprel 2023 tarixində dərc olunub.

Odessa vilayəti PUA-ların hücumuna məruz qalıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının məlumatında deyilir. Odessa və Odessa vilayəti aprelin 4-nə keçən gecə Rusiyanın İran istehsalı olan “Şahed” kamikadze pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Cənub Hava Komandanlığının zenit müdafiəsi onlardan 14-nü məhv edib. 

Şəhər və ətraf rayonlarda atışma və silsilə partlayış səsləri eşidilib.  

Müəllif: Ucnoqta.az redaksiyası