"Togg" avtomobilinin ilk nümunəsi Ərdoğan və həyat yoldaşına verildi - FOTO

18:54 - 3 Aprel 2023 - Xəbər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Türkiyənin ilk "Togg T10X" elektrik avtomobillərinin ilk sahibləri olublar.

Ucnoqta.az xəbər verir ki, Ankarada prezident sarayında avtomobilin açarlarının təntənəli təqdimat mərasimi olub. Prezident özü üçün tünd yaşıl, həyat yoldaşı qırmızı rəngli avtomobil sifariş edib.

"Togg satışa çıxdığı ilk gündə sifarişlərin sayına görə rekord vurdu. Ümid edirik ki, tezliklə "Togg" avtomobillərini ölkəmizin yollarında görəcəyik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, T10X avtomobilləri martın 14-də satışa çıxarılıb. Doldurulmadan 314 km məsafə qət edən standart versiya 923 min türk lirəsinə (48,5 min dollar), 523 km məsafəyə malik versiya isə 1,215 milyon türk lirəsinə (63,9 min dollar) başa gəlir.

Xəbər xətti