Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

13:15 - 3 Aprel 2023 - ÖLKƏ İÇİ

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

Xəbər xətti