Düz 50 il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk dəfə mobil telefonla zəng edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TRTWorld portalı məlumat yayıb.
Motorola mühəndisi Martin Kuper "AT&T Bell Laboratories"in əməkdaşı Coul Angelə zəng edərək "şəxsi, əl, portativ telefon" istifadə etdiyini elan edib. Kuperin zəng etdiyi cihaz, demək olar ki, 800 qram ağırlığında olan Motorola DynaTAC telefonu idi.
Onu tam doldurmaq 10 saat çəkirdi, batareya isə gözləmə rejimində 12 saat enerji saxlayırdı. Gadget yalnız zəng edə və qəbul edə bilərdi, SMS mesajları haqqında heç bir söhbət yox idi.
Martin Kuperin prototipinin kommersiya versiyası Motorola Dynatac 8000X, 1984-cü ildə tarixi zəngdən 11 il sonra buraxıldı. Mobil Telefonlar Muzeyinin direktoru Ben Vudun sözlərinə görə, onun dəyərini indiki məzənnə nəzərə alaraq yenidən hesablasanız, bu, alıcıya 11,7 min dollara başa gəlib.
Ruhəngiz