"Gəmiqaya"nın sabiq nazir olan direktoru işdən çıxarıldı

10:34 - 3 Aprel 2023 - Xəbər

"Gəmiqaya" Taxıl Məhsulları MMC-nin direktoru Famil Seyidov vəzifəsindən azad edilib.

Ucnoqta.az APA-ya istinadən verir ki, artıq bu vəzifəyə yeni təyinat da olub.

Belə ki, əvvəllər Naxçıvan Biznes Mərkəzinin direktoru vəzifəsində çalışmış Qardaşxan Əliyev buraya direktor təyin olunub.

Qeyd edək ki, Famil Seyidov daha əvvəl Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri olub.

Xəbər xətti