Avstraliyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumata görə, iki ekipaj üzvünün olduğu yüngül təyyarənin qalıqları qitənin şimal-şərqində, dağ yamaclarında meşədə aşkar edilib.
Qəza zamanı təyyarədə pilot və hamilə arvadının olduğu bildirilir.