Minaya düşərək həlak olan hərbi qulluqçu dəfn olunub

20:00 - 2 Aprel 2023 - Xəbər

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.

​"Report"un​ məlumatına görə, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xəbər xətti