"PSJ" və Argentina millisinin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmağı düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edol Tvitter hesabında məlumat verib.
Məlumata görə, Messi ötən ilin dekabrında Fransa klubu ilə müqaviləni uzatmağa razılaşsa da, sonra hər şey dəyişib.
İndi argentinalı hücumçu Barçadan təklif gəlsə, kataloniya klubuna qayıtmağa hazırdır.