“Əl-Nasr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixin ən yaxşı futbolçusu olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Goal Arab" nəşri məlumat yayıb.
"Futbol tarixinin ən yaxşı oyunçusu mənəm" - portuqaliyalı futbolçu deyib.
Xatırladaq ki, 38 yaşlı futbolçu 2023-cü ilin yanvarında “Əl Nəsr”ə keçib. Bu mövsüm o, yeni klubunda bütün turnirlərdə on oyuna çıxıb, doqquz qol vurub və iki məhsuldar ötürmə edib.