NATO təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək işçilərinə "TikTok" tətbiqini NATO tərəfindən verilmiş cihazlara yükləməyi rəsmən qadağan edib.
Bu barədə Publika.az CNN-ə istinadla xəbər verir.
NATO rəsmilərinin sözlərinə görə, bu gün alyansın əməkdaşlarına qadağanı bildirən mesaj göndərilib. Elan qadağanı rəsmiləşdirib.
"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün tətbiqləri müəyyən etmək üçün ciddi tələbləri var. "TikTok" NATO cihazlarında mövcud deyil", - NATO rəsmisi deyib.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, amerikalı qanunvericilər ABŞ prezidenti Co Baydenə "TikTok"u ABŞ-da qadağan etmək səlahiyyəti vermək üçün imza toplayırlar .
Bundan əlavə, Fransa hökuməti dövlət qulluqçularına "TikTok" və "Netflix"dən istifadə etməyi qadağan edib.
İsveç Müdafiə Qüvvələrinin əməkdaşlarına da iş telefonlarında "TikTok" sosial şəbəkə proqramından istifadə qadağan edilib.