"Barselona"nın vitse-prezidenti Rafa Yuste klubun keçmiş futbolçusu Lionel Messi ilə onun qayıtması ilə bağlı əlaqə saxladığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Marca yazıb.
“Messidən geri qayıtmasını xahiş edəcəmmi? Mən onu geri istəyirəm? Aramızda əlaqələr varmı? Hər şeyə hə cavab verərdim. Leo və ailəsi mənim onlara olan bağlılığımdan xəbərdardır. "Barselona"dan danışırıqsa, Leodan danışırıq. O, təkcə meydanda deyil, bizi təmsil etmək üçün qayıtsa, sevinərdim. Həyatda gözəl hekayələr yaxşı bitməlidir. Onunla əlaqəmiz var” - Rafa Yuste deyib.